
Azərbaycan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan pəhləvan yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib - 7:0.
Finalda onun rəqibi rusiyalı Abdulrəşid Sadullayev olacaq.