
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında keçirilən dünya çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Nihat Məmmədli (55 kq) qızıl, Ziya Babaşov (48 kq) gümüş medala sahib olub.
Məmmədli finalda hindistanlı rəqibinə tam üstünlüklə qalib gəlib. Beləliklə, o, Avropa çempionluğundan sonra dünyanın da ən güclüsü olub.
Babaşov isə həlledici qarşılaşmada iranlı rəqibinə uduzub.
Dünya çempionatı
48 kq
1/8 final - Ziya Babaşov - İvan Krasimirov Kostov (BUL) 10:2
1/4 final - Ziya Babaşov - Riehan Botha (RSA) 8:0
1/2 final - Ziya Babaşov - Rupin Rupin (İND) 4:1
FİNAL - Ziya Babaşov - Əmirrza Məhəmmədrza Dehbozorqi (İRİ) 1:3
55 kq
Təsnifat - Nihat Məmmədli - Eduard Strilçuk (UKR) 9:0
1/8 final - Nihat Məmmədli - Seyitcan Beytekin (TUR) 10:6
1/4 final - Nihat Məmmədli - Arsen Yanovski (BLR) 8:0
1/2 final - Nihat Məmmədli - Abror Atabaev (UZB) 7:0
FİNAL - Nihat Məmmədli - Pravin Panduranq Patil (İND) 9:0
65 kq
Təsnifat - Xasay Həsənli - Evangelos Fotios Bukis (GRE) 9:0
1/8 final - Xasay Həsənli - Remo Oyaste (EST) 8:0
1/4 final - Xasay Həsənli - Höcət Həsən Rezai (İRİ) 2:3