Qazaxıstanın paytaxtı Nursultanda keçiriləcək güləş üzrə dünya çempionatına az vaxt qalıb.
Sportnet.az xəbər verir ki, komandalarımız mundiala hazırlığın son mərhələsinə qədəm qoyur. Avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verən sərbəst güləş üzrə yığmamız orada olduğu müddətdə əsasən ümumi fiziki hazırlıq və taktiki-texniki çalışmalar üzərində işləyib.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında hazırlıq keçən millimizin son təlim-məşq toplanışı Bakıda baş tutacaq.
Komandamız sentyabrın 1-dən 16-dək Olimpiya Güləş Mərkəzində dünya çempionatının son hazırlığını keçib Qazaxıstana yola düşəcək.