Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Rusiyada təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, yanvarın 2-dən Saransk şəhərində hazırlıqlara start verən yığma üzvləri Mordoviya komandası ilə birgə məşqləri davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan toplanış yanvarın 16-dək davam edəcək.
Qeyd edək ki, yunan-Roma güləşçiləri üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək "Qran-pri" turniri olacaq.