
EUBC-in (Avropa Boks Konfederasiyasının) İcraiyyə Komitəsi 2015-ci ildə keçiriləcək əsas yarışların harada təşkil olunacağını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, mayın 15-dən start götürəcək yeniyetmələr arasında Avropa birinciliyi Ukraynanın Lvov şəhərində keçiriləcək.
İlin digər yarışları Rusiya, Bolqarıstan, Macarıstan və Polşada təşkil olunacaq.
15-24 may - Yeniyetmələr arasında Avropa birinciliyi. Lvov, Ukrayna.
15-24 iyul - Məktəblilər arasında Avropa birinciliyi. Sıktlkvar, Rusiya.
6-15 avqust - Böyüklər arasında Avropa çempionatı. Sofiya, Bolqarıstan.
15-24 avqust - Yeniyetmə və gənc qızlar arasında Avropa birinciliyi. Kestxey, Macarıstan.
20-29 noyabr - Gənclər arasında Avropa birinciliyi. Kolobrzeq, Polşa.