1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Azərbaycan milli komandasının heyəti açıqlandı
Martın 7-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 8 güləşçi Azərbaycanı təmsil edəcək.
Yarışlarda Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) çıxış edəcək.
Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.
2 gün davam edəcək turnirin A qrupunda Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə mübarizə aparacaq. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayacaq.
Qeyd edək ki, yarış proqramına əsasən, martın 7-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.