Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Kubokunda qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq-da Nihad Tarquliyev finalda qazaxıstanlı Dosbol Balqabayı məğlub edərək, fəxri kürsünün ilk pilləsinə qalxıb.
İdmançı finaladək baş tutan görüşlərdə Özbəkistan təmsilçiləri Cahongir Rəcəbov və Camşidbek Kəramətova qalib gəlib.
--------------------------------
Azərbaycan cüdoçusu Abil Yusubov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Kubokunun qalibi olub.
Sportnet.az məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ilk olaraq yerli cüdoçu Oqabek Macitov, ardınca gürcüstanlı Nikoloz Tatrişvili, qazaxıstanlı Nurlubek Arqunbek və Zhalun Nurtaya qalib gəlməklə finala yüksəlib.
Yusubov qızıl medal uğrunda görüşdə gürcüstanlı Mate Qvelesianini məğlub edib.
Azərbaycanın daha bir təmsilçisi Nahid Tarquliyev də finala yüksəlib. 73 kq çəkidə yer alan Tarquliyev finalda qazaxıstanlı Dosbol Balqabayla görüşəcək.