
Qitə çempionatında milli komandanın kapitanı və 84 kq-dan yuxarı çəki dərəcəsində gümüş mükafatçı Şahin Atamova 2 otaqlı mənzil hədiyyə edilib. Bundan başqa komanda yarışlarında Avropa çempionu olan millimizin baş məşqçisi Rəhman Hətəmova, onun kəməkçisi Rəşad Hüseynova, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədova, böyük məşqçi Şahin Xudaverdiyevə, idmançılar Şahin Atamov, Niyazi Əliyev, Asiman Qurbanlı, Ayxan Mamayev, Rafiz Həsənov, Tural Ağalarzadə və Nuranə Əliyevaya, həmçinin peşəkar fəaliyyətə görə Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmova pul mükafatları təqdim edilib.
Qeyd edək ki, Cahangir Hacıyev həm də "İnter"in fəxri prezidentidir.




