Qadın boksçulardan ibarət Türkiyə millisi İstanbul şəhərində keçirilən dünya çempionatında tarixi nailiyyətə imza atıb.
Sportnet.az xəbər verir ki, yığma mundialı 5 qızıl və 2 bürünc medalla başa vurub.
Ayşe Çağırır (48 kq), Buse Naz Çakıroğlu (50 kq), Hatice Akbaş (54 kq) Busenaz Sürmeneli (66 kq) və Şennur Demir (+81 kq) çempion olublar.
Sema Çalışkan (70 kq) ilə Elif Güneri (81 kq) bürünc medala sahib çıxıb.