Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda ABŞ təmsilçisi Ceyden Koksla qarşılaşıb.
Rəqibinə 0:7 hesabı ilə uduzan Nurmaqomedov həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib.
Bu gün mübarizəyə qoşulan Əliabbas Rzazadə (57 kq) və Turan Bayramovun (74 kq) uduzduğu rəqiblər finala adlaya bilmədiklərindən hər iki güləşçi mundialda çıxışını başa vurub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
-----------------------------------
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 92 kq-da çıxış edən və mübarizəyə 1/8 finaldan başlayan idmançı ardıcıl olaraq, Maksvell Lemar (Kosta Rika) və Feyzulla Aktürkə (Türkiyə) qalib gəlib. Nurməhəmmədov finala gedən yolda Ceyden Koksla (ABŞ) qarşılaşacaq.
57 kq-da yer alan Əliabbas Rzazadə təsnifatda Kim Sonqvondan (Cənubi Koreya) üstün olsa da, 1/8 finalda Vanhao Zu (Çin) ilə bacarmayıb.
74 kq çəki dərəcəsindəki Turan Bayramov 1/16 finalda Miroslav Kirovu (Bolqarıstan), ardınca isə Jasmit Fulku (Kanada) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda Yunis İmamiçoğayiyə (İran) uduzub. Rzazadə və Bayramovun rəqibləri finala çıxsalar, güləşçilər təsəlliverici görüşlərə qatılacaqlar.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
---------------------------------------
Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatna görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində Kim Sonqvonla (Cənubi Koreya) üz-üzə gələcək.
74 kq-da Turan Bayramov 1/16 finalda Miroslav Kirovu (Bolqarıstan) sınağa çəkəcək.
92 kq-da yarışan Osman Nurmaqomedov isə 1/8 finalda Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
57 kq
Təsnifat. Əliabbas Rzazadə - Kim Sonqvon (Cənubi Koreya) - 4*:4
1|8 final. Əliabbas Rzazadə - Vanhao Zu (Çin) - 3:5
74 kq
1/16 final. Turan Bayramov - Miroslav Kirov (Bolqarıstan) - 5:0
1/8 final. Turan Bayramov - Jasmit Sinqh Fulka (Kanada) - 9:0
1/4 final. Turan Bayramov - Yunis İmamiçoğayi (İran) - 4:8
92 kq
1/8 final. Osman Nurmaqomedov - Maksvell Lemar (Kosta Rika) - 10:0
1/4 final. Osman Nurmaqomedov - Feyzulla Aktürk (Türkiyə) - 11:0
1/2 final. Osman Nurmaqomedov - Ceyden Koks (ABŞ)