Azərbaycan Atıcılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atcılığı üzrə ölkə kuboku uğurla yekunlaşıb.
Spornet.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarış ölkənin ən güclü stend atıcılarını bir araya gətirib.
Beş gün davam edən turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi stend növləri üzrə böyüklər və U-21 yaş kateqoriyalarında qüvvələrini sınayıblar. Yarışlar ərzində iştirakçılar yüksək texniki hazırlıq, dəqiqlik və peşəkarlıq nümayiş etdirərək tamaşaçılara maraqlı və gərgin mübarizə təqdim ediblər.
Ölkə Kuboku həm təcrübəli idmançıların ustalıq səviyyəsinin qiymətləndirilməsi, həm də gənc atıcıların potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Yarışların yekununda qaliblər və mükafatçılar aşağıdakı kimi müəyyənləşib:
Səngər stendi – Ümumi kateqoriya
1-ci yer – Ramil Rüstəmzadə
2-ci yer – Mürtəza Novruzlu
3-cü yer – Tamerlan Məmmədov
Dairəvi stend – Ümumi kateqoriya
1-ci yer – Riqina Meftaxetdinova
2-ci yer – Niyaz Ağazadə
3-cü yer – Fuad Qurbanov
Səngər stendi – U-21
1-ci yer – Mürtəza Novruzlu
2-ci yer – Cəlal Məmmədov
3-cü yer – Nərmin Cəfərova
Dairəvi stend – U-21
1-ci yer – Məhəmməd Teyublu
2-ci yer – İslam Əjdərov
3-cü yer – Aslan Qurbanov
Ölkə kuboku stend atıcılığı üzrə idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, rəqabət mühitinin gücləndirilməsi və perspektivli gənc idmançıların üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edib.















































































