
Misli Premyer Liqasında XX tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Şamaxı” doğma meydanda “Zirə”ni qəbul edib. Şamaxı şəhər stadionunda oynanılan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin yeganə qoluna 38-ci dəqiqədə Brahim Konate imza atıb. Baki təmsilçisinin heyətində isə 45+1-ci dəqiqədə Ruan Renato, 48-ci dəqiqədə Salifu Suma fərqləniblər.
Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Zirə” 3-cü, “Şamaxı” isə 17 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, XX turun digər oyunları yanvarın 25-26-da təşkil olunacaq.
Həşim MƏMMƏDOV
-----------------------------------------
Misli Premyer Liqasının XX turuna bu gün bir oyunla start veriləcək.
Sportnet.az xəbər verir ki, "Zirə" səfərdə "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 14:00-da səsləndiriləcək. Matçı İnqilab Məmmədov idarə edəcək.
Hazırda Bakı klubu turnir cədvəlində 33 xalla üçüncü pillədə qərarlaşıb. Səkkizinci yerdə olan "Şamaxı" isə 17 xala malikdir.
Misli Premyer Liqası
III dövrə, XX tur
24 yanvar
14:00. “Şamaxı” – “Zirə” - 1:2
Qollar: Brahim Konate, 38 - Ruan Renato, 45+2. Salifu Suma, 49
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək.