![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739220925_fb_img_1739220677723.jpg)
“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, braziliyalı sağ vinger Aleks Fernandesdir.
11 nömrəli formanı geyinəcək 22 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.
Qeyd edək ki, Aleks Fernandes Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.