
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin yeni klubu "Çorum" Türkiyə I Liqasında XXVI turun oyununu keçirib.
Teleqraf xəbər verir ki, "Adanaspor"la ev oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətdə yer almayan Diniyev yalnız 90+3-cü dəqiqədə meydana daxil olub.
Bu nəticədən sonra "Çorum" 39 xalla 6-cı yerdə gedir. "Adanaspor" isə 21 xalla 20 komanda arasında 19-cudur.