
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Radomyak"ın heyətində Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası XXIX turda "Puşa"nın qonağı olub.
Nepolomitse şəhər stadionunda baş tutan qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
Meydana 65-ci dəqiqədə daxil olan Dadaşov Abdull Tapsopanı əvəzləyib.
“Radomyak” hazırda 35 xalla turnir cıdvəlinin 13-cü pilləsində yer alıb.
Qeyd edək ki, Renat Dadaşovun komanda yoldaşı Rahil Məmmədov matçın iştirak ərizəsində yer almayıb.