
Rusiya klubları və milli komandası böyük ehtimalla, 2025/2026 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.
Sportnet.az f “Football Meets Data” statistik platformasına istinadən xəbər verir ki, Rusiyanın kənarlaşdırılmasından bir neçə ölkənin komandası faydalanacaq.
Kipr və Macarıstan çempionları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən II-yə, Danimarka kubokunun sahibi Avropa Liqasının I təsnifat mərhələsindən II-yə keçəcək.
Bosniya və Herseqovina, Lixtenşteyn, İrlandiya, Şimali İrlandiya, İslandiya, Lüksemburq və Litva kubokunun sahibləri Konfrans Liqasının I təsnifat mərhələsindən II-yə adlayacaq.
Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynaya hərbi təcavüzdən sonra Rusiya millisi və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.