
Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.
Sportnet.az xəbər verir ki, açılış oyununda "Sabah" "Bank Respublika Arena"da "Şamaxı"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi oyunda hesabı 12-ci dəqiqədə "bayquşlar"ın futbolçusu İqor Noqeyra açıb.
"Şirlər"in üzvü Leroy Mikels 26-cı dəqiqədə hesabı bərabərləşdirib.
Matçın 72-ci dəqiqəsində isə Noqeyra dubla imza atıb. 90+3-cü dəqiqədə isə Pavol Şafranko son nöqtəni qoyub. O, həm də Premyer Liqada 8-ci qolunu vurub.
"Sabah" komandası bu mövsüm ilk dəfə "Şamaxı"ya qalib gəlib. Öz növbəsində, "Şamaxı" 5 oyundan sonra məğlubiyyətə düçar olub.
Bununla da, Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv xal sayını 44-ə çatdıraraq 4-cü pillədəki "Turan Tovuz"la xal fərqini 5-ə endirib. Ayxan Abbasovun komandası isə 36 xalla 7-cidir.
Qeyd edək ki, turun digər oyunları mayın 10-u və 11-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXXIV tur
9 may
19:00. “Sabah” – “Şamaxı” - 3:1
Qollar: İqor Noqeyra, 12; 74. Pavol Şafranko, 90+3 - Leroy Mikels, 26
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”.