
Azərbaycan Premyer Liqasının XXXIV turunun növbəti oyununda "Turan Tovuz" "Neftçi"ni qəbul edib.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda təşkil olunan görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmada hesabı 9-cu dəqiqədə "ağ-qaralar"ın futbolçusu Emin Mahmudov açıb. Cəmi 7 dəqiqə sonra isə "Turan Tovuz" Rəhim Sadıxovun qolu ilə hesabı bərabərləşdirib.
Görüşün 32-ci dəqiqəsində Dembo Darbo son nöqtəni qoyub.
Bununla da, Samir Abasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 40-a çatdıraraq 6-cı pillədəki mövqeyini möhkəmlədib. Kurban Berdıyevin komandası isə 49 xalla 4-cüdür.
Qeyd edək ki, əvvəlki matçlarda "Sabah" evdə "Şamaxı"nı 3:1, "Zirə" isə səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Tura mayın 11-də baş tutacaq "Kəpəz" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" oyunları ilə yekun vurulacaq.
-------------------------
“Səbail” komandasının Azərbaycan Premyer Liqasından I Liqaya düşməsi rəsmiləşib.
Sportnet.az xəbər verir ki, bu, "dənizçilər"in XXXIV tur qarşılaşmasında “ASCO Arena”da "Zirə”yə 0:1 hesablı məğlubiyyətindən sonra dəqiqləşib.
Matçın 77-ci dəqiqəsində “Səbail”in futbolçusu Mert Çelik fərqlənsə də qol qeydə alınmayıb. Baş hakim Tural Qurbanov VAR-dan gələn təsdiqdən sonra qolu “ofsayd” səbəbindən hesaba almayıb.
Əvəzində 90+1-ci dəqiqədə Davit Volkov fərqlənərək, "Zirə"yə qələbə qazandırıb. Volkov isə Premyer Liqada 11-ci qolunu vurub.
Hazırda 22 xalla sonuncu olan "Səbail" 9-cu pillədəki "Kəpəz"dən 7 xal geridədir. Qalan 2 oyunda paytaxt təmsilçisi qələbələr qazansa belə, Gəncə komandasına çata bilməyəcək.
Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv isə xallarını 68-ə çatdıraraq üçüncü yerdə olan “Araz-Naxçıvan”la fərqi 15-ə çatdırıb.
Qeyd edək ki, günün son qarşılaşmasında “Turan Tovuz” “Neftçi”ni qğbul edəcək. Tovuz şəhər stadionunda baş tutan görüş saat 19:30-da start götürəcək.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun növbəti oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, ilk olaraq "ASCO Arena"da "Səbail" "Zirə"ni qəbul edəcək.
Baş hakim Tural Qurbanovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 67 xalla ikinci, Elvin Məmmədovun komandası isə 22 xalla sonuncu pillədə qərarlaşıb. "Səbail" "Zirə"yə qalib gələ bilməsə, son iki turda qalib gəlsə belə, axırıncı pillədən qurtula bilməyəcək və Premyer Liqa ilə vidalaşacağı dəqiqləşəcək.
İki komanda arasındakı son 8 qarşılaşmada “dənizçilər” qələbə qazanmayıb, “qartallar” son 4 matçda qalib gəlib.
Günün ikinci matçında "Turan Tovuz" "Neftçi"ni qonaq edəcək.
Tovuz şəhər stadionunda təşkil olunacaq görüşün baş hakimi Rəşad Əhmədov olacaq. Matç saat 19:30-da başlayacaq.
Kurban Berdıyevin baş məşqçisi olduğu komanda 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə 37 xalla 6-cıdır.
“Ağ-qaralar” "bozqurdlar"la son 7 oyunda məğlub olmayıb və axıncı 3 qarşılaşma heç-heçə ilə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
XXXIV tur
10 may
17:00. “Səbail” – “Zirə” - 0:1
Qol: Davit Volkov, 90+1
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
ASCO Arena
19:30. “Turan Tovuz” – “Neftçi” - 1:2
Qollar: Rəhim Sadıxov, 16 - Emin Mahmudov, 9. Dembo Darbo, 32
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
Tovuz şəhər stadionu.
Qeyd edək ki, turun açılış oyununda "Sabah" "Şamaxı"ya qalib gəlib - 3:1.