
Bu gün Bakıda ilk dəfə minifutbol üzrə dünya çempionatına start veriləcək.
Sportnet.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində Azərbaycanın xalq artisti Aygün Kazımova və türkiyəli məşhur müğənni Aleyna Tilki çıxış edəcəklər. Tədbir saat 19:00-da start götürəcək.
İyunun 1-nə qədər davam edəcək mundialda 32 yığma komanda mübarizə aparacaq.
Azərbaycan millisi A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə qarşılaşacaq.
Açılış mərasiminin ardından Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Bəhreynlə üz-üzə gələcək, mayın 23-də milli komanda Sloveniya ilə, mayın 25-də isə Mavritaniya ilə üz-üzə gələcək.
Oyunlar isə artıq saat 9:15-də B qrupunun Fransa - Çad qarşılaşması ilə start götürəcək. Ümumilikdə gün ərzində 4 qrupda 8 oyun nəzərdə tutulub.
Qeyd edək ki, Bakıdakı çempionat sayca minifutbol tarixinin 5-ci mundialıdır. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində baş tutan sonuncu dünya çempionatında Rumıniya seçməsi qalib olub. Azərbaycan yığması isə yarışı 4-cü pillədə bitirib.
Dünya çempionatı
21 may
A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00 Mavritaniya - Sloveniya
B qrupu
09:15. Fransa - Çad
21:45 Rumıniya - Özbəkistan
C qrupu
10:30. Macarıstan - Türkiyə
13:00 Ukrayna - İngiltərə
D qrupu
11:45 Bolqarıstan - Portuqaliya
14:15 Slovakiya - Hindistan