
UEFA Avropa Liqasının finalından sonra mükafatlandırma mərasimində baş verənlərə görə "Tottenhem"dən üzr istəyib.
Sportnet.az xəbər verir ki, həlledici matçda "Mançester Yunayted"ə qalib gələn (1:0) London klubu mükafatlandırılarkən komandanın üç futbolçusuna qızıl medal çatmayıb.
UEFA-nın mətbuat xidmətindən "Reuters"ə açıqlamada bildirilib ki, çatışmazlıq paltardəyişmə otağında aradan qaldırılıb:
"Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların və medalların sayında gözlənilməz uyğunsuzluq oldu. Səhnədə təqdim etmək üçün kifayət qədər medalımız olmadı. Medallar dərhal soyunub-geyinmə otağında qalib komandaya çatdırıldı. Buna görə üzr istəyirik".
Xatırladaq ki, mükafatlandırma zamanı komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və Kristian Romero medalszı qalıb. UEFA prezidenti Aleksander Çeferin boş qalan mükafat qutusuna təəccüblə baxıb və növbədə medalını gözləyən üç futbolçunun əlini sıxmaqla kifayətlənib.