
"Neftçi"nin futbolçusu Dembo Darbo Belarusun "Dinamo" (Brest) klubuna keçəcəyinə dair iddialara münasibət bildirib.
Sportnet.az xəbər verir ki, qambiyalı hücumçu bu barədə məlumatları böyük yalan adlandırıb.
O, Brestə məzuniyyət vaxtı ailəsi ilə görüşmək üçün yollandığını açıqlayıb: "Başqa heç bir səbəb yoxdur. Bilmirəm bu yalanı kim yazır, amma mənim üçün fərqi yoxdur. Çünki bu, doğru xəbər deyil".
Agenti Florin Biba isə Darbonun "Neftçi" ilə 2026-cı ilin yayınadək müqaviləsinin olduğunu xatırladıb.
Qeyd edək ki, Dembo Darbo ötən mövsüm "Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasında 16 oyuna 5 qol vurub.