
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 2025/2026 futbol mövsümünü də “Neftçi”də keçirəcək.
Bu barədə Sportnet.az-a 29 yaşlı hücumçunun serbiyalı meneceri Jelko Dekiç məlumat verib.
Dekiç təcrübəli forvardın klubu tərk etməyəcəyini açıqlayıb. O, həmçinin Şeydayevə ciddi təklifin olmadığını deyib: “Ramil hazırda istirahət edir. Daha sonra klubla toplanışa qatılacaq. Deyə bilərəm ki, Ramil “Neftçi”dən ayrılmayacaq”!
Qeyd edək ki, Ramil Şeydayev ötən yay “Kocaelispor”dan “Neftçi”yə 3 illik müqavilə ilə transfer olunub. Millinin üzvü “ağ-qaralar”ın heyətində mövsüm ərzində cəmi 4 dəfə fərqlənə bilib. Transfermark portalı Şeydayevə 800 min avro qiymət qoyub. Onun ayda təxminən 80 min manat maaş aldığı bildirilir.