
Ukraynanın “Kryvbas” klubunun qapıçısı İqor Omelçenko Sloveniyada keçirilən yay toplanışı zamanı komandadan xəbərsiz ayrılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ilin yayına qədər müqaviləsi olan 19 yaşlı qolkiper ilə əlaqə saxlanılsa da, o, geri qayıtmaqdan imtina edib.
“Kryvbas” futbolçunun komandaya qaytarılması üçün bütün zəruri tədbirləri davam etdirir və bu məsələ ilə bağlı müvafiq qurumlarla əlaqə saxlayır. Yaranmış vəziyyət barədə Ukrayna Premyer Liqasını məlumatlandırmışıq. Futbolçunun klubumuzla qüvvədə olan müqaviləsi daha bir il davam edir. Biz İqor Omelçenkonu müqavilə öhdəliklərini yerinə yetirmək üçün kluba qayıtmağa çağırırıq”, – deyə klubun rəsmi bəyanatında qeyd olunub.
Qeyd edək ki, Omelçenko “Kryvbas” klubuna 2022-ci ilin yayında qoşulub. Ötən mövsüm o, klubun U-19 komandasında 25 oyuna çıxıb və 49 qol buraxıb. Daha əvvəl Xarkovun “Metallist 1925” klubunun hücumçusu Aleksey Sidorovun da ölkəni özbaşına tərk etdiyi bildirilmişdi.