
Joao Feliksin karyerasını “Əl-Nəsr”də davam etdirməsinə baş məşqçi münasibət bildirib.
Sportnet.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Jorje Jezuş Portuqaliya yığmasının hücumçusunun “Əl-Nəsr”də uğur qazanacağına inandığını vurğulayıb.
J.Jezuş deyib: "Feliks transfer bazarında əlçatan idi, bu da təkliflərdən asılı olaraq "Əl-Nəsr"ə və ya başqa komandaya gedə biləcəyi anlamına gəlirdi. Onun qabiliyyətlərinə inanıram, mənim hücum tərzimə uyğun gəlir. Keçən il onu "Əl-Hilal"a dəvət etməyə çalışdım, amma o, "Çelsi"ni seçdi. İndi o, “Əl-Nəsr”lə müqavilə imzalayıb və düşünürəm ki, bu, futbola diqqət yetirməkdə düzgün imkandır. Səudiyyə Ərəbistanında spirtli içki və gecə həyatı yoxdur, o, yalnız oyuna və ailəsi ilə vaxt keçirməyə diqqət yetirəcək”.
Qeyd edək ki, Ər-Riyad təmsilçisi 25 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayıb. "Çelsi" bu satışdan 50 milyon avro gəlir əldə edib.