
Futbol üzrə Rusiya milli komandası İran yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, matç oktyabrın 10-da "Volqoqrad Arena"da təşkil olunacaq.
Sonuncu dəfə ruslar və iranlılar 2023-cü ilin martında üz-üzə gəlib – həmin görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Rusiya Ukraynaya hərbi təcavüz etdiyi üçün FIFA və UEFA bayraqları altında təşkil olunan bütün turnirlərdən kənarlaşdırılıb.