
UEFA prezidenti Aleksander Çeferin İtaliya futbolu ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, o, A seriyasını ən sevdiyi çempionat adlandırıb:
“İtaliya futbolu inkişaf edir. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina əla iş görür. A seriyası isə TOP-5 liqalar arasında mənim sevdiyim çempionatdır. Lkin hələ də turnirdə inkişaf etdirilməsi lazım olan çox şey var".
Qeyd edək ki, A seriyasının son qalibi "Napoli" olub.