
İngiltərə Premyer Liqasında ilk turun mərkəzi görüşü "Mançester Yunayted" və "Arsenal" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Mançester şəhərindəki "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 13-cü dəqiqədə Rikkardo Kalafyori vurub.
Qeyd edək ki, növbəti turda "Arsenal" "Lids"i qəbul edəcək. Oyun avqustun 23-də keçiriləcək. "Mançester Yunayted" isə avqustun 24-də "Fulhem"in qonağı olacaq.