
Mövsümlərarası fasilədə Kamal Quliyevi "sükan arxasına" dəvət edən "Qaradağ Lökbatan" onunla yolları ayrıb.
Sportnet.az xəbər verir ki, klub rəhbərliyi bəzi hərəkətlərinə görə "Neftçi"nin və yığmanın sabiq futbolçusu ilə yolları ayırmaq qərarına gəlib.
Artıq Quliyevi əvəzləyəcək baş məşqçinin də adı məlumdur.
Ötən mövsümün gedişində MOİK-dən ayrılan Qəzənfər Abbasov II Liqada mübarizə aparacaq qəsəbə təmsilçisini yenidən I Liqaya qaytarmağa çalışacaq.
(Sport24.az)