
Fransanın qadınlardan ibarət "Olimpik Marsel" komandasının futbolçusu Mariya Torisdottir təqdimatından iki gün sonra klubu tərk edib.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi İspaniyada yerli "Europa" kollektivinə qarşı yoldaşlıq görüşündən sonra bu addımı atıb.
Norveçli oyunçu 84-cü dəqiqədə iki komandanın futbolçuları arasında ofsayd üstündə baş vermiş davadan təsirlənib. O, final fiti səslənən kimi kollektivdən ayrılıb və vətəninə yollanıb. O, gələcəyi barədə düşünməyə başlayıb.
Qeyd edək ki, Mariya Torisdottir "Olimpik Marsel"lə avqustun 18-də müqavilə bağlayıb. Yoxlama oyunu isə avqustun 20-də keçirilib.