
Azərbaycan milli komandası İslandiyanın paytaxtı Reykyavikdə ilk məşqə çıxıb.
Sportnet.az xəbər verir ki, hazırlıq prosesi "Versalavöllur" stadionunda gerçəkləşib.
Məşqdə Almaniya "Kayzerslautern"indən dəvət almış hücumçu Mahir Emreli iştirak etməyib.
Emreli Bakıda hazırlıq prosesinə də qatılmayaraq, Almaniyadan birbaşa İslandiyaya uçub. O, hazırda millinin düşərgəsindədir.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də "Lauqardalsvöllur" stadionu İslandiya ilə 2026-cı il dünya çempionatının seçmə oyununda üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.