
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
Sportnet.az Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oyunlar oktyabrın 24-də və 27-də keçiriləcək.
Hər iki qarşılaşma Çimkənddəki “Qajımukan Munaytpasov” stadionunda təşkil olunacaq.
İlk oyun Bakı vaxtı ilə saat 18:00-da, ikinci görüş saat 13:00-da başlanacaq.