
İngiltərə "Mançester Yunayted"inin sabiq futbolçusu Cimmi Nikolson 83 yaşında vəfat edib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Nikolson "Mançester Yunayted" akademiyasının yetirməsi olub. O, 1960 - 1964-cü illərdə bu komandanın formasını geyinib və 68 oyunda 4 qol vurub.
Karyerasının böyük hissəsini "Haddersfild Taun"da keçirmiş sabiq yarımmüdafiəçi Şimali İrlandiya millisində çıxış edib.