
Azərbaycan və Şotlandiya milliləri arasında keçiriləcək Avropa çempionatının seçmə oyunu üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sayat Qarabayevə Yuri Tixonyuk və Yevgeni Belski yan xətt, Saken Bayımbet dördüncü hakim qismində yardımçı olacaq.
Moldovalı Aleksandru Tean hakim-inspektor, albaniyalı Envi Hiçka UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 14-də "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Şotlandiya qarşılaşması saat 17:00-da başlanacaq.