Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Sportnet.az xəbər verir ki, 30 yaşlı ədalət təmsilçisi UEFA Gənclər Liqasında IV turun "Napoli" (İtaliya) - "Ayntraxt" (Almaniya) matçının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov yan xətt hakimi kimi kömək edəcək. İtaliyalı Cüzeppe Kollu isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 4-də Çerkola şəhərindəki "Cüzeppe Pikkolo" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.







































































