"Çətin oyun keçdi. Nəticəyə görə xoşbəxtik".
Bunu Sportnet.az-a açıqlamasında "Turan Tovuz"un futbolçusu Robert Olabe evdə "Şamaxı"nı 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının X tur matçı barədə danışarkən deyib.
29 yaşlı yarımmüdafiəçi uzun müddət sonra azarkeşləri önündə oynamağı belə şərh edib: "Öz azarkeşlərimiz önündə oynamaq möhtşəm hisdir".
İspaniyalı futbolçu vurduğu qolu da şərh edib: "Əsas komandamın qazandığı nəticədir. Qol vurduğuma görə xoşbəxt olsam da, məni əsas sevindirən komandama fayda verməyimdir".
Qeyd edək ki, yayda transfer olunmuş Robert Olabe hazırda Aleks Souza ilə birlikdə "Turan Tovuz"un bombardiridir. Hazırda hər iki oyunçunun aktivində 3 qol var.





































































