İngiltərənin "Çelsi" komandası ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur matçında xəsarət alan "Qarabağ"ın futbolçusu Kadi Borgesin zədəsi ciddidir.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında açıqlama verib.
O ehtimal edib ki, braziliyalı yarımmüdafiəçinin ayaq hissəsində kiçik sümüklərdən biri sanki qırılıb: "Hər halda sabah MRT müayinəsindən sonra dəqiq bilinəcək".








































































