AFFA İntizam Komitəsi "Turan Tovuz"un futbolçusu Roberto Olabeni 1 oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna ispaniyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasında XI turun "Zirə" ilə səfər matçının 61-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.
29 yaşlı oyunçu XII turun "Araz-Naxçıvan"la səfər qarşılaşmasında çıxış edə bilməyəcək. Tovuz klubu isə 500 manat cərimə ödəyəcək.
"Turan Tovuz" daha 700 manat cəriməyə 5 üzvünün sarı vərəqə alması səbəbindən məruz qalıb.
“Kəpəz” – “Sabah” oyununda meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə alıb. Buna görə də hər iki klub 700 manat cərimələnib.
Eyni məbləğdə cəriməyə “Qəbələ” ilə səfər oyununda 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” da məruz qalıb.







































































