Türkiyənin "Fənərbağça" klubu İspaniya "Barselona"sının iki futbolçusu ilə maraqlanır.
Sportnet.az-ın "Haberler" nəşrinə istinadən məlumatına görə, bunlar müdafiəçi Andreas Kristensen və hücumçu Robert Levandovskidir.
Artıq Kristensen komandasını dəyişməyə hazır olduğunu bildirib. İstanbul klubunun agentləri Levandovskinin agentləri ilə də əlaqəyə çıxıblar. Polşalı forvard karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirəcəyini istisna etməyib. Hərçənd, daha əvvəl onun Kataloniya klubunda qalmaq istədiyi barədə məlumatlar yayılıb.
Levandovski və Kristensenin müqavilələri 2026-cı ilin iyununadək qüvvədədir. Bu mövsüm 37 yaşlı hücumçu "Barselona"da 12 oyuna 7 qol vurub.




































































