"Bütün karyeramı "Barselona"da keçirmək istəyirdim".
Sportnet.az-ın məlumatına görə, bunu hazırda ABŞ-nin “İnter Mayami” komandasında çıxış edən Lionel Messi Sport.es-ə açıqlamasında deyi.
O bildirib ki, heç vaxt başqa kluba keçmək niyyətində olmayıb: “Təəssüf ki, həyat başqa cür alındı. "Barselona" - mənim klubum, ailəm, evimdir".
Qeyd edək ki, Lionel Messi 2000 – 2021-ci illərdə "Barselona"da çıxış edib və klub tarixinin ən yaxşı bombardiri kimi yadda qalıb. Hücumçu 778 oyunda 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
"Barselona"dan ayrıldıqdan sonra Messi Fransa PSJ-sində oynayıb, ardından indiki komandasına keçib.











































































