AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Sportnet.az xəbər verir ki, Cəfərov UEFA Gənclər Liqasının Liqa mərhələsində III turun “Srvena Zvezda” (Serbiya) – “Jilina” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 26-da Belqraddakı “Rayko Mitiç” stadionunda təşkil olunacaq.












































































