"Çox çətin oyun keçdi. Rəqib yaxşı komandadır. Gərgin mübarizədə 3 xal qazandıq. Əsas da bu idi".
Bunu Sportnet.az-a açıqlamasında "Karvan-Yevlax"ın futbolçusu Ayron Qomis səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçı barədə danışarkən deyib.
Fransalı yarımmüdafiəçi oyunun ardından rəqib futbolçu Olavale Onanunqa ilə yaşadığı insidenti də şərh edib: "Özüm tərəfdən heç bir problem yox idi. Oyun yekunlaşdıqdan sonra "Kəpəz"in futbolçusu mənə tərəf gəldi. Danışmaq, yoxsa dalaşmaq istədiyini bilmədim. Önəmlisi 3 xal idi. Qazandığımız üçün məmnunuq.
Hakimlərin oyunlarda əvvəlcə güzəşt edib-etmədiyini bilmirəm. Amma mənə neçənci dəfədir ki, ilk qayda pozuntusu edən kimi mənə dərhal sarı vərəqə göstərilir. Bu epizodda sarı vərəqə rəqibə göstərildi. Çünki mənə tərəf gələn o idi".











































































