AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarındakı mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, Həsənov "Turan Tovuz" - "Neftçi" oyununda baş hakim Fərid Hacıyevin meydan sahiblərinin qapısına təyin etdiyi, lakin VAR müdaxiləsi ilə ləğv olunan penalti qərarının doğru olmadığını bildirib.







































































