Azərbaycan Premyer Liqasında XIV turun "Qəbələ" - "Turan Tovuz" oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma dekabrın 9-da baş tutmayacaq.
Buna səbəb sabah da Premyer Liqada 2 oyunun nəzərdə tutulması səbəbindən VAR və canlı yayımın olmayacağıdır. Klublar VAR və çəkilişsiz oynamağa razı olmayıblar.
Qarşılaşmanın yeni tarixini PFL açıqlayacaq.
Qeyd edək ki, "Qəbələ" - "Turan Tovuz" görüşü qatı duman səbəbindən 22:30-cu dəqiqədə dayandırılaraq təxirə salınıb.













































































