"Sumqayıt"ın futbolçusu Höccət Haqverdi zədədən sonra məşqlərə başlayıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycan millisinin müdafiəçisi Premyer Liqanın XV turunda "Neftçi"yə qarşı oynaya bilər.
Bu, matç öncəsi məşqçilər heyətinin qərarından asılı olacaq. Haqverdi "Sumqayıt"dan əvvəl məhz "Neftçi"nin formasını geyinib. O, cari mövsümdə sonuncu dəfə XII turun "Qarabağ"la görüşündə (2:4) forma geyinib.
"Sumqayıt"ın itkiləri isə məhz məşqçilərlə bağlıdır. Baş məşqçi Saşa İliç "Şamaxı"ya qarşı XIII tur matçında (2:1) qırmızı vərəqə alaraq, 4 oyunluq cəzalanıb. Onun əsas köməkçisi Veliçko Kaplanoviç isə ötən tur "İmişli" ilə görüşdə (1:0) meydançadan kənarlaşdırılıb. Komandanı meydançaya məşqçi Şahin Abdullayev çıxaracaq.
Qeyd edək ki, dekabrın 15-də "Palms Sports Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" oyunu saat 19:00-da başlanacaq.









































































