İspaniyanın “Valensiya” klubunun futbolçusu Larci Ramazaninin evi qarət olunub.
Sportnet.az "Las Provincias" nəşrinə istinadən xəbər verir ki, hadisə La Liqanın XXXVIII turunda “Valensiya”nın “Barselona” ilə keçirdiyi oyun zamanı baş verib.
Naməlum şəxslər evə pəncərədən daxil olublar. Ərazidə quraşdırılmış siqnalizasiya sistemi isə işləməyib.
Bildirilir ki, 25 yaşlı hücumçu İngiltərənin paytaxtı Londona yollanmağa hazırlaşdığından, əşyalarını əvvəlcədən toplayıb. Belçikalı hücumçu oğurluq barədə yalnız matçdan sonra evə qayıdarkən xəbər tutub.
İlkin hesablamalara əsasən, evdən təxminən 100 min avro dəyərində nağd pul, zinət əşyaları və bahalı geyimlər oğurlanıb.
Xatırladaq ki, İngiltərənin "Lids" klubuna məxsus Larci Ramazani hazırda "Valensiya"da icarə əsasında çıxış edir.








































































