Belarusun BATE klubu Konfrans Liqasında ev oyununu Sumqayıtda keçirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Borisov təmsilçisin mətbuat xidməti məlumat yayıb.
Klub ev oyunları üçün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu sifariş edib.
BATE Konfrans Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Püşkatma mərasimi iyunun 16-da olacaq.














































































