
"Çelsi" heyətini daha bir futbolçuyla gücləndirmək istəyir. Sportnet.az-ın məlumatına görə, Ötən
həftələrdə Sesk Fabreqası rənglərinə bağlayan İngiltərə
nəhəngi "Yuventus"un gənc ulduzu Pol Poqbanı transfer etmək fikrinə düşüb.
Məhz baş məşqçi Joze Mourinyo "Çelsi” yarımmüdafiəsinin Fabreqas, Nemanya Matiç və Poqbadan ibarət olmasını istəyir. O, bu barədə komandanın prezidenti Roman Abramoviçi də məlumatlandırıb.
Lakin "Yuventus" Poqbanı 75 milyon avrodan
aşağı qiymətə satmağı düşünmür.
"Çelsi”nin gənc fransıza görə bu məbləği
ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.