
"Qalatasaray” dünyaca məşhur "Nike” firması ilə əməkdaşlıq müqaviləsini uzadıb. Sportnet.az-ın məlumatına görə, 2011-ci ildən "sarı-qırmızılar”ın
formasını hazırlayan firma 2024-ci ilə qədər komandaya xidmət göstərəcək. Tərəflər
xəbəri rəsmən təsdiq edib.
Yeni 10 illik müqaviləyə əsasən, "Qalatasaray” bu müddətdə firmadan 70.8 milyon avro alacaq. Artıq firma məbləğin 10 milyonunu İstanbul təmsilçisinin hesabına köçürüb.
Qeyd edək ki, "Nike” firması "Portu”, "İnter”,
"Mançester Yunayted”, "Barselona” və s. kimi komandaların formalarını da
hazırlayır.