Moldovanın "Tiraspol" klubunun baş məşqçisi Vlad Qoyan Bakının "İnter" klubuna qarşı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu şərh edib. Sportnet.az-ın Moldova mətbuatına istinadən məlumatına görə, mütəxəssis təmsilçimizin imkanlarından daha yaxşı yararlanmasını xüsusi qeyd edib.
- Rəqibdən fərqli olaraq, biz yaratdğımız qol epizodlarından lazımınca istifadə edə bilmədik. "İnter"i təbrik edirəm. Onlar yaxşı oynayıb, qapımızdan 3 top keçirdilər.
- Oyunun əvvəlində "Tiraspol"un oyununun alınmamasını nə ilə əlaqələndirərdiniz? Bəlkə fiziki yorğunluq özünü göstərirdi?
- Deməzdim ki, matçın əvvəlində oyunumuz alınmırdı. İlk yarıda imkanlarımız oldu. Buraxdığımız 1-ci qoladək Ademar fürsətdən istifadə edə bilmədi. Vurmadıq, ardınca qapımıza penalti təyin olundu. Qapımızda gördüyümüz 2-ci qol da öz səhfimizdən sonra vuruldu. Ümumiyyətlə, deyə bilmərəm ki, pis oynadıq. Ancaq buraxdığımız səhflər sonda oyunun nəticəsinə təsir etdi.
- Təkrar oyunda "Tiraspol"un şanslarını necə dəyərləndirərdiniz? "İnter"in heyətində kimi qeyd edərdiniz?
- Heç kimi adını xüsusi qeyd etmək istəmirəm. Təbii ki, bizə burda qalib gələn "İnter"in Azərbaycanda şansları daha çoxdur. Lakin itiriləsi heç nəyimiz qalmayıb və səfərdə futbol oynayıb, qol vurmalı olacağıq.
Qeyd edək ki, "Tiraspol" - "İnter" görüşü 2:3 hesabı ilə başa çatıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |