Türkiyənin "Trabzonspor" klubunun prezidenti iddialı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, İbrahim Hacıosmanoğlu "Fənərbaxça"ya qarşı kampaniya başlatdıqlarını bildirib.
Klub prezidenti "sarı-lacivərtlər"in "Ədalətə "Fənər" yandır" kampaniyasına qarşılıq olaraq, "Ədalətsiz "Fənər"i yandır" kampaniyasına start verdiklərini söyləyib: "Ədaləti oğurlayanan düzgünlük anlayışı necə ola bilər? Hələ ki, kompaniya üçün 700 imza toplamışıq. 1 milyona çatanda aparıb səlahiyyətli şəxslərin gözünə soxacam. "Trabzonspor"un zəhməti oğurlandı. "Fənərbaxça" başlatdığı kampaniya üçün 500 min imza topladığını bildirib. Əgər 1 milyon imza olmasa, bu yola davam etmərəm".
Qeyd edək ki, 2010/11 mövsümündə "Fənərbaxça"nın oyun alqı-satqısında iştirak etdiyi iddia edilərək çempionluq kubokunun "Trabzonspor"a verilməsi gözlənilirdi.